Tramp 1 900x506 1

ABŞ Prezidenti Donald Trampın 4 yaşına qədər yaşadığı Nyu York şəhərinin Kvins rayonundakı malikanəni adı açıqlanmayan alıcı alıb.

Globalinfo.az Axar.az -a istinadən xəbər verir ki, bu barədə “Nyu York Post” məlumat yayıb.

Məlumata görə, nə alıcının adı, nə də sövdələşmənin dəyəri açıqlanıb.

2025-ci ilin noyabrında ev 2,3 milyon dollara satışa çıxarılsa da, 2026-cı ilin yayına qədər tələb olunan qiymət 1,99 milyon dollara qədər düşüb. İngilis üslubundakı bu evi 1940-cı ildə ABŞ-ın hazırkı liderinin atası Fred Tramp tikib. Tramp ailəsi ilə birlikdə 1950-ci ilə qədər burada yaşayıb.

5391026457724786966

Paylaş: