Türkiyənin xarici işlər naziri Polşadan qatarla Ukraynaya doğru səfərə başlayıb.
Globalinfo.az xəbər verir ki, o, qatar stansiyasında səfərdən öncə sualları cavablandırıb.
Fidan Türkiyənin əsas məqsədinin münaqişənin həlli yolunu tapmaq olduğunu bildirib:
“Ötən ay Moskvada olduq, Rusiya Prezidenti Vladimir Putinin mövqeyini öyrəndik. Ardınca NATO Zirvəsi keçirildi. Ötən gün də Avropa rəsmiləri ilə Parisdə İstəklilər Koalisiyasında bir araya gəldik, fikir mübadiləsi apardıq. Bizim ən böyük sualımız belədir: məsələni necə həll edə bilərik? İki yanaşma var, birincə müharibənin necə dəstəklənəcəyi, ikincisində hansı yolla dayandırılacağı müzakirə edilir. Türkiyə müharibənin bitməsi yollarını axtarır”.
Əliyar Xəlil
Globalinfo.az