2026-cı il iyul ayının 8-də, saat 22:00 radələrində Bavariyanın Ergolding qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqəsinə basqın olub.
Globalinfo.az Bakupost.az-a istinadla xəbər verir ki, üzünü bağlayan şəxs içəri daxil olaraq, bıçaqla kassiri hədələyib və pul tələb edib. Pulu götürdükdən sonra hadisə yerindən qaçıb.
Polis dərhal genişmiqyaslı axtarış əməliyyatına başlayıb və bu əməliyyata polis helikopteri də cəlb olunub. Gecə saatlarında 24 yaşlı şübhəli saxlanılıb. Landşut Prokurorluğunun vəsatəti əsasında məhkəmə onun barəsində həbs qətimkan tədbiri seçib və o, istintaq təcridxanasına göndərilib.
Bavariya Polisinin rəsmi məlumatında şübhəlinin vətəndaşlığı göstərilmir.
Bununla belə, Almaniyanın yerli xəbər portalı “Presse Augsburg” həmin hadisə ilə bağlı dərc etdiyi xəbərdə saxlanılan şəxsi “24 yaşlı azərbaycanlı” kimi təqdim edib.