e1

Siyasi arenanın şou tərəfi hər zaman daha çox diqqət çəkib. Çoxumuz ciddi məsələlərin arasında əyləncə axtarırıq.

2026-cı ilin əsas “starı” isə Fransa Prezidenti Emmanuel Makrondur desəm, yanılmaram.

Siyasətdən kənar…

Bəzən həyat yoldaşının qadın olub-olmaması sorğulandı, bəzən Bricitdən “yediyi” şillələr, bəzən də məşhur mavi eynəyi…

Budur, Makron yenə həmin aksesuarı ilə gündəmdədir.

Dünyada hamının ağlında tək sual var – Emmanuel niyə gecə saatların belə eynək taxır?

Fransa lideri Suriya Prezidenti Əhməd Əl Şaara ilə görüşdə də, Ankarada keçirilən NATO Zirvəsində də, hətta küçədə qaçış edərkən də mavi eynəklə görüntülənib.

Qapalı və ya açıq məkan, gündüz və ya gecə olmasından asılı olmayaraq Makron sevimli əşyası ilə bütünləşib.

Sosial mediada ardıcıl yayılan kadrlardan sonra müxtəlif ehtimallar irəli sürüldü. Bəziləri Makronun gözündə yenidən problem yarandığını düşünür, digərləri isə bunun sadəcə imic məqsədi daşıdığını iddia edir.

Əslində isə Makron bu ilin əvvəlində də eyni eynəklərlə gündəmə gəlmişdi. Həmin vaxt onun taxdığı “Top Gun” üslublu eynəklərə maraq o qədər artmışdı ki, istehsalçı şirkətin saytı qısa müddətə çökmüş, şirkətin səhmləri isə bir neçə gün ərzində təxminən 70 faiz bahalaşmışdı.

Sonradan məlum olmuşdu ki, Makronda subkonyunktival qanaxma, yəni gözdə damar çatlaması yaranıb. Bu, adətən ağrısız, zərərsiz olur, görməyə təsir etmir və təxminən iki həftə ərzində öz-özünə sağalır.

Fransa lideri həmin vaxt zarafatla vəziyyəti “pələng gözü” adlandırmış, məşhur “Eye of the Tiger” mahnısına istinad etmişdi.

Makronun gözündə problem var, yoxsa səbəb başqadır?

Sosial şəbəkələrdəki fərziyyələr belədir:

Bəzi istifadəçilər düşünürlər ki, Makronun gecə vaxtı belə eynək taxması gözlərinin həssas olmasından irəli gələ bilər. Yəni o, özəlliklə foto çəkilişlərə görə eynəkdən istifadə edir, kameranın işıqları onu narahat edir.

Digərləri iddia edirlər ki, Fransa lideri məşhur aktyor Tom Kruzun “Top Gun” obrazını təqlid edir, hətta bunu məsxərəyə salanlar kifayət qədərdir.

ton

Əksəriyyət isə Makronun arvadı Bricitin məşhur şilləsini xatırladır, onun yenidən “döyüldüyünü” deyir: “Yenə gözünə həyat yoldaşı vurub”, “Arvadı deyəsən gözünün altını göyərdib”.

Qeyd edim ki, həmin şillə hadisəsi 2025-ci ilin mayında Vyetnama səfər zamanı yaşanmışdı. Viral olan görüntülərdə Bricitin təyyarədən enərkən ərinin üzünü zarafatla kənara itələməsi sosial şəbəkələrdə ailədaxili zorakılıq iddialarına kimi gətirib çıxarmışdı. Emmanuel sonradan bunun sadəcə zarafat olduğunu və görüntülərin kontekstdən çıxarıldığını demişdi.

Bu arada qısa haşiyə: Makronun taxdığı aviator eynəyi adi aksesuar deyil. Fransız brendi “Henry Jullien”in Pacific S 01 modelidir və qiyməti 659 avrodur (təxminən 1280 manat)

İndi isə…

Makron eynəkli görüntüsünün bu qədər sevildiyinin fərqindədir ya?!

Günay Rəsulqızı
Globalinfo.az

Paylaş: