putin

Rusiya Müdafiə Nazirliyi və digər xüsusi xidmət orqanları Ukrayna münaqişəsinin qızışdırılmasında iştirak edən tərəflərin döyüş əməliyyatlarına nə dərəcədə cəlb olunduğunu təhlil edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, qeyd edilən qurumlar bu barədə zəruri məlumatlara malikdir.

İyulun 4-də Rusiya Prezidenti Vladimir Putin Moskvanın Ukraynadakı hərbi əməliyyatların davam etməsinə təhrikçi hesab etdiyi bütün tərəflərin fəaliyyətinin ətraflı təhlil olunmasını tapşırıb.

Peskov bildirib ki, Moskva gələcək qərarlarını məhz bu təhlilin nəticələrinə əsasən qəbul edəcək.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: