
Dubayda robotun məsciddə görüntüləri gündəm olub.
Globalinfo.az xəbər verir ki, kadrlar sosial şəbəkələrdə sürətlə yayılıb.
Videoda ənənəvi Əmirlik geyimində olan “Bu Sunaidah” adlı humanoid robotun azan səsləndirdiyi görünüb.
Paylaşımlar qısa zamanda diqqət çəkib.
İstifadəçilərin bir qismi bunu texnologiyanın inkişafının maraqlı nümunəsi hesab etsə də, digərləri dini ayinlərdə robotların iştirakını tənqid edib.
Qeyd edək ki, sözügedən robot bundan əvvəl Qurban bayramında məsciddə namaz qılması ilə də maraq doğurmuşdu.
Günel Cəlil
Globalinfo.az