t scaled

ABŞ Prezidenti Donald Tramp İranın sabiq ali dini lideri Əli Xamenei ilə vida mərasimi və əhalinin buna reaksiyası ilə bağlı artıq “dördüncü şokunu” yaşayıb”.

Globalinfo.az xəbər verir ki, bunu rus deputat Aleksey Puşkov öz Telegram kanalında yazıb.

O iddia edib ki, ilk şok İranın ilk raket zərbələri və yüksək rütbəli rəhbərliyin məhv edilməsindən sonra çökməməsi ilə bağlı idi:

“İkinci şok Tehranın ABŞ və müttəfiqlərinin regiondakı bazalarına dəqiq zərbələr endirməsi, üçüncü isə Hörmüz boğazını uğurla bağlaması ilə əlaqədar olub”.

Puşkov əlavə edib ki, ABŞ siyasəti çox vaxt reallıqdan uzaq fərziyyələrə əsaslanır və bu xüsusiyyət təkcə Trampa deyil, keçmiş prezidentlər Corc Buş, Barak Obama və Co Baydenə də aid olub.

Qeyd edək ki, Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olub. Onun yerinə İranın yeni ali dini lideri kimi oğlu Müctəba Xamenei seçilib.

İyulun 4-dən 6-dək Tehranda Əli Xamenei ilə vida mərasimləri keçirilib. İyulun 7-də onun cənazəsi Qum şəhərinə aparılacaq, iyulun 8-də isə İraqın Kərbəla və Nəcəf şəhərlərində vida yürüşləri təşkil olunacaq. Dəfn mərasimi isə iyulun 9-da keçiriləcək.

Günel Cəlil
Globalinfo.az

Paylaş: