ilham eliyev

Xəbər verdiyimiz kimi, Azərbaycanda aparılan son ictimai rəy sorğusu ölkədə siyasi liderliyə münasibəti əks etdirib. Sorğunun nəticələrinə görə, respondentlərin böyük əksəriyyəti Prezident İlham Əliyevin fəaliyyətini müsbət qiymətləndirərək alternativsiz siyasi lider hesab etdiyini bildirib.

Globalinfo.az-a danışan deputat Aydın Hüseynov deyib ki, İlham Əliyevə ictimai etimad yüksək səviyyədədir:

“Respondentlərin 87,7 faizi ona etibar etdiyini bildirib. Sorğuda iştirak edənlərin 93,6 faizi dövlət başçısının fəaliyyətini müsbət qiymətləndirib. 81,9 faizi isə onu alternativsiz siyasi lider hesab edir. Hər şeydən əvvəl insanlar İlham Əliyevin dövlət və xalq maraqlarını hər şeydən üstün tutduğunu düşünürlər. Onun müdrik və uzaqgörən siyasəti, qətiyyətli mövqeyi, prinsipial fəaliyyəti cəmiyyətdə böyük inam yaradır. Diqqətçəkən digər məqam isə xalqla dövlət başçısı arasında formalaşan qarşılıqlı etimaddır. İnsanlar hesab edirlər ki, Prezident gücünü xalqdan alır, xalqa güvənir və xalqın iradəsini ifadə edir. Məhz buna görə də cəmiyyətdə ona inam ildən-ilə daha da möhkəmlənir”.

aydin huseynov esas

Aydın Hüseynov

Deputat bildirib ki, burada liderlik keyfiyyətləri də mühüm rol oynayır:

“Prezidentimiz həm ölkədə, həm də beynəlxalq aləmdə qətiyyətli və prinsipial lider kimi tanınır. Son illərdə ölkənin hərtərəfli inkişafı da bu etimadın əsas səbəblərindəndir. Azərbaycanın iqtisadi gücü artıb, ordusu daha da möhkəmlənib, ölkəmiz özünü təmin edən dövlətə çevrilib. Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, öz qərarlarını özü verən güclü dövlətdir. İnsanlar bu dəyişiklikləri ölkənin inkişafı və qüdrətinin artması kimi dəyərləndirirlər. Təbii ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə xalqın yaddaşında xüsusi yer tutur. Azərbaycanın ərazi bütövlüyünün və tam suverenliyinin bərpa olunması İlham Əliyevə olan ictimai etimadı daha da gücləndirən əsas amillərdən biridir. Bütün bunlar bir daha göstərir ki, sorğularda əks olunan yüksək etimad göstəriciləri insanların gördüyü real nəticələrə, ölkədə baş verən inkişaf proseslərinə və əldə olunan uğurlara əsaslanır. Məhz buna görə də dövlət başçısına olan ictimai dəstək və etimad yüksək olaraq qalır”.

Ləman İmran
Globalinfo.az

Paylaş: