İranda Əli Xameneinin dəfn mərasiminin ilk mərhələsi başlayıb.
Globalinfo.az xəbər verir ki, onun cənazəsi səhər tezdən Tehrandakı Böyük Müsəlla məscidinə gətirilərək əsas ibadət zalında yerləşdirilib.
Bu barədə İranın Press TV telekanalı məlumat yayıb.
Bildirilib ki, dəfn mərasimində iştirak etmək üçün Rusiya, Çin, Pakistan, Hindistan, Gürcüstan və Kuba da daxil olmaqla 30-dan çox ölkədən yüksək vəzifəli şəxslər və nümayəndə heyətləri İrana gəlib.
Xatırladaq ki, Əli Xamenei fevralın 28-də ABŞ və İsrailin Tehrana endirdiyi zərbələr nəticəsində həlak olub. Mərhum ali lider iyulun 9-da Məşhəddə dəfn olunacaq.
Günel Cəlil
Globalinfo.az