
“Azərbaycan və Türkiyə ilə elektrik ötürücü xətlərinin çəkilməsi Ermənistanın enerji təhlükəsizliyinə töhfə verəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsi və nəqliyyat əlaqələrinin açılması kontekstində, nəqliyyat sahəsində qarşılıqlı bağlantıların təmin edilməsi ilə yanaşı, Türkiyə və Azərbaycanla enerji sahəsində əməkdaşlığın genişləndirilməsi də vacibdir.
“Bu, elektrik ötürücü xətlərin və birləşdiricilərin tikintisini nəzərdə tutur, həm enerji təhlükəsizliyinə, həm də yaşıl keçidə töhfə verə bilər,” – Paşinyan bildirib.
Safura Bənnayeva
Globalinfo.az