Mixail Qaluzin

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Ermənistanın Avropa İttifaqına (Aİ) üzvlük prosesi artıq başlayıb.

Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, Ermənistanda ötən ilin aprelində “Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında” qanun qəbul edilib və bu, prosesin başladığını təsdiqləyir.

Qaluzin qeyd edib ki, İrəvan Aİ-yə inteqrasiya istiqamətində praktiki addımlar atır. O, buna nümunə kimi 2026-cı ilin mayında İrəvanda keçirilən Avropa Siyasi Birliyinin sammitini göstərib.

Rusiya rəsmisi əlavə edib ki, Ermənistanın Aİ ilə yaxınlaşması açıq şəkildə müşahidə olunur.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: