Venesuelanın keçmiş prezidenti Nikolas Maduro zəlzələlərdən sonra Nyu-York şəhər həbsxanasından bir mesaj yayımlayıb.
Globalinfo.az xəbər verir ki, mesajın mətni siyasətçinin “X” sosial media səhifəsində dərc edilib.
Maduro mesajında xalqına dəstəyini ifadə edib.
Burada xüsusilə Matta İncilinin 25-ci fəslindən bir hissə vurğulanaraq zərərçəkənlərlə həmrəylik vurğulanıb.
“Nə vaxt Səni xəstə və ya zindanda gördük və yanına gəldik?” Padşah onlara cavab verəcək: “Sizə doğrusunu deyirəm: Mənim bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi, Mənə etmiş oldunuz”.
Qeyd edək ki, Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələdən sonra ölənlərin sayının 1430 nəfəri keçib.
Safura Bənnayeva
Globalinfo.az