Maduro China large 1024x683 1 900x600 2

Venesuelanın keçmiş prezidenti Nikolas Maduro zəlzələlərdən sonra Nyu-York şəhər həbsxanasından bir mesaj yayımlayıb.

Globalinfo.az xəbər verir ki, mesajın mətni siyasətçinin “X” sosial media səhifəsində dərc edilib.

Maduro mesajında xalqına dəstəyini ifadə edib.

Burada xüsusilə Matta İncilinin 25-ci fəslindən bir hissə vurğulanaraq zərərçəkənlərlə həmrəylik vurğulanıb.

“Nə vaxt Səni xəstə və ya zindanda gördük və yanına gəldik?” Padşah onlara cavab verəcək: “Sizə doğrusunu deyirəm: Mənim bu ən kiçik qardaşlarımdan birinə etdiyinizi, Mənə etmiş oldunuz”.

Qeyd edək ki, Venesuelada iyunun 24-də baş verən iki güclü zəlzələdən sonra ölənlərin sayının 1430 nəfəri keçib. 

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: