ChatGPT Image Jun 27 2026 05 15 10 PM

İsveçin iqlim və ətraf mühit naziri Ruminə Purmuxtari Lüksemburqda keçirilən Avropa İttifaqı Şurasının iclasına körpəsi ilə birlikdə qatılıb.

Globalinfo.az xəbər verir ki, onun iclasa oğlu ilə birlikdə qatılması diqqət çəkib.

Purmuxtarinin görüntüləri sosial şəbəkələrdə gündəm olub və təqdir edilib. Onun övladına qayğısını əsirgəməməyə, həmçinin işlərini də axsatmamağa çalışdığı vurğulanıb.

Qeyd edək ki, 1995-ci ildə Stokholmda dünyaya gələn Ruminə Purmuxtari əslən Güney Azərbaycandandır.

Paylaş: