Lebedev

Ermənistanın Müstəqil Dövlətlər Birliyini (MDB) tərk etməsi gündəmdə deyil.

Globalinfo.az xəbər verir ki, bu barədə MDB-nin baş katibi Sergey Lebedev deyib.

O bildirib ki, Ermənistanın MDB-dən çıxması məsələsi ümumiyyətlə müzakirə olunmur.

“MDB-dən çıxmaqla bağlı məsələ heç müzakirə edilmir. Ermənistan təşkilatın tərkibində qalacaq”, – deyə Lebedev vurğulayıb.

Baş katib, həmçinin qeyd edib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəni Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxarmağı planlaşdırmır.

Sergey Lebedev əlavə edib ki, Ermənistanda seçkilərdən sonra vəziyyətin sabitləşməsi üçün bütün zəruri şərait mövcuddur və ölkədə vəziyyətin normallaşacağına əmindir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: