carlz

Böyük Britaniya şahzadəsi Uilyam hazırda atası, Böyük Britaniya kralı III Çarlzdan daha varlıdır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mirror” nəşri məlumat yayıb.

Bildirilib ki, bu, Britaniya kral ailəsinin müxtəlif gəlir mənbələri üzrə maliyyə hesabatlarının açıqlanmasından sonra məlum olub:

“Uilyam Uels şahzadəsi olduqdan sonra ona keçən və dəyəri 1,2 milyard funt sterlinq olan Kornuoll Hersoqluğunun aktivlərini idarə edir. Həmin aktivlər 2025–2026-cı illərdə ona 21,6 milyon funt sterlinq gəlir gətirib.

Bununla yanaşı, Kral III Çarlzın şəxsi sərvəti “Sunday” Times qəzetinin reytinqinə əsasən, son bir ildə 30 milyon funt sterlinq artaraq 640 milyon funt sterlinqə çatıb ki, bu da Uilyamın idarə etdiyi aktivlərin dəyərindən təxminən iki dəfə azdır”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: