si4 pic4 zoom 1500x1500 63462

Son bir saat ərzində Rusiyanın bir neçə bölgəsində raket təhlükəsi rejimi elan edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Qazeta” məlumat yayıb.

Raket təhlükəsi ilə bağlı xəbərdarlıqlar Orenburq, Ulyanovsk, Samara, Penza, Kaluqa, Tambov, Tula, Voronej və Oryol vilayətlərində, həmçinin Tatarıstan və Çuvaşiyada tətbiq edilib.

Bununla yanaşı, Lipetsk vilayətində əvvəlcə raket təhlükəsinin ləğv edildiyi bildirilsə də, daha sonra rejim yenidən elan olunub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: