MC999hC999mmC999d Baqer Qalibaf 900x506 2

İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ ilə mümkün razılaşma barədə Qərb mediasında yayılan xəbərlərə istehzalı şəkildə münasibət bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” platformasında paylaşım edib.

“Mənə etibar et, qardaş” əməliyyatı uğursuz oldu. İndi isə gündəlik “Fauxios əməliyyatı”na qayıdırıq”, – Qalibaf paylaşımda qeyd edib.

Qeyd edək ki, “Fauxios” sözü ingiliscə “faux” (saxta) və “Axios” xəbər portalının adının birləşməsindən yaradılmış söz oyunu kimi izah olunur. Daha əvvəl “Axios”un yayımladığı məqalədə ABŞİran müharibəsinin dayandırılacağı və nüvə proqramı üzrə danışıqların çərçivəsini müəyyən edən bir səhifəlik anlaşma memorandumunun imzalanacağı qeyd olunub. Nəşr Ağ Evin İranın növbəti 48 saat ərzində təklifə cavabını gözlədiyini yazıb. 

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: