beqayi 0

İran Livanda tam atəşkəs təmin olunmayana qədər ABŞ ilə sanksiyaların ləğvi və nüvə proqramı üzrə yeni mərhələ danışıqlarına başlamayacaq.

Globalinfo.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

Onun sözlərinə görə, İsveçrədə keçirilən bugünkü görüş əsasən 18 iyun 2026-cı il tarixli Müharibənin Dayandırılması üzrə Anlaşma Memorandumunun icrasına nəzarətə həsr olunub.

Bəqayi bildirib ki, sənədin 13-cü maddəsinə əsasən, yekun saziş üzrə danışıqların başlanması memorandumun bir sıra əsas müddəalarının, xüsusilə də bütün cəbhələrdə, o cümlədən Livanda döyüş əməliyyatlarının dayandırılmasını nəzərdə tutan 1-ci maddənin icrasından asılıdır.

İran rəsmisi vurğulayıb ki, bu öhdəliklər yerinə yetirilmədən Tehran yekun razılaşma üzrə danışıqlar mərhələsinə keçməyi mümkün hesab etmir.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: