Niderland – İsveç qarşılaşması Niderland millisinin 5:1 hesablı qələbəsi ilə başa çatıb.
***22:51
Sammervil Niderlandın hesabına beşinci qolu yazdırıb.
Globalinfo.az xəbər verir ki, qarşılaşmanın 89-cu dəqiqəsində Niderlandla İsveç arasında top fərqi 4-ə çatıb.
***22:19
İsveç qapısında gördüyü dörd qolun ardından ilk qolunu vurub.
Globalinfo.az xəbər verir ki, Entoni Elanqa 59-cu dəqiqədə Niderlandın qapısına zərbə endirib.
***22:15
Cəmi bir neçə dəqiqə sonra Qakpo yenidən rəqib qapısına zərbə endirib və komandasının hesabına dördüncü qolu yazdırıb.
Globalinfo.az xəbər verir ki, 54-cü dəqiqədə Niderland hesabı 4:0-a çatdıra bilib.
***22:08
Niderland top fərqini 3-ə çatdırıb.
Globalinfo.az xəbər verir ki, qarşılaşmanın 47-ci dəqiqəsində Kodi Qakpo komandasına 3-cü qolu qazandırıb.
***21:16
Brayn Brobbi dub edib.
Globalinfo.az xəbər verir ki, futbolçunun ikinci qolu ilə Niderland 17-ci dəqiqədə top fərqini 2-yə qaldırıb.
***21:05
Oyunun ilk dəqiqələrində hesab açılıb.
Globalinfo.az xəbər verir ki, 6-cı dəqiqədə Brayn Brobbi Niderlanda ilk qolu qazandırıb.
***21:00
Futbol üzrə dünya çempionatında növbəti millilər meydana çıxıb.
Globalinfo.az xəbər verir ki, bu dəfə Niderland yığması İsveç yığması ilə qarşılaşır.