Fransa Prezidenti Emmanuel Makron 2027-ci il prezident seçkilərindən əvvəl Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxmaq imkanını nəzərdən keçirir.
Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə “Le Figaro” mənbələrə istinadla məlumat yayıb.
“Prezidentin yaxın çevrəsindəki bəzi insanlar bunun bizi xilas edə biləcəyini düşünürlər. Mən isə əksinə, bunun bizi yalnız uçuruma sürükləyəcəyini düşünürəm”, – parlamentin adı açıqlanmayan üzvü qəzetə deyib və bu ssenarini prezidentin bir neçə naziri və müşaviri ilə müzakirə etdiyini iddia edib.
Mənbənin məlumatına görə, bu addım Makronun varisinin parlament seçkilərinin tarixlərini müstəqil şəkildə müəyyən etməsinin qarşısını almaq və hazırkı prezidentə nəzarəti sona qədər əlində saxlamağa imkan verəcək yol kimi qəbul olunur.
Bu ssenariyə əsasən, Milli Assambleyanın və prezident seçkilərinin birinci və ikinci turları eyni tarixlərdə keçiriləcək. Konstitusiya Şurası da müdaxilə etməyəcək, çünki o, faktiki olaraq Makrona hesabat verir. Fransa Prezidenti öz müttəfiqi Riçard Ferrandı həmin orqanın rəhbəri təyin edib.
Xatırladaq ki, 2017-ci ildən Fransa prezidenti olan və iki dəfə bu vəzifəyə seçilən Emmanuel Makronun səlahiyyət müddəti gələn il bitir. Fransa qanunvericiliyinə görə, o, yenidən prezidentliyə namizəd ola bilməz.