Orban vaxt açıqladı: Ukrayna müharibəsi bitir

1440 Victor Orban Ungarn

Macarıstanın Baş naziri Viktor Orban Ukrayna müharibəsinin nə vaxt bitəcəyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, o, bu barədə amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib.

“Rusiya və ABŞ prezidentlərinin iştirakı ilə yaxın 6 ay ərzində, ola bilsin, daha tez vaxtda razılaşma əldə olunsun. Mən belə düşünürəm”, – Orban müsahibəsində vurğulayıb.

Baş nazir bildirib ki, onun nikbinliyi Ukrayna probleminin həllində fəal iştirak edən və Putinlə görüşməyi planlaşdıran ABŞ prezidenti Donald Trampın rolundan irəli gəlir:

“Onlar güclü liderlərdir və bu cür insanlar sülhə nail olurlar”.

Qeyd edək ki, son günlər ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüşlə bağlı müzakirələr davam edir. Tərəflərin yaxın zamanlarda Ukraynada atəşkəslə bağlı qərar qəbul edəcəyi gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az