Ukraynanın intensiv dron hücumları səbəbindən Moskva səmasında qeyri-adi görüntülər yaranıb.
Globalinfo.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videolarda şəhərin üzərini tünd boz və qara buludların bürüdüyü görünüb.
Qeyd olunub ki, bu mənzərə sanki bir filmi xatırladır.
Şəhərdəki gərginlik və həyəcan siqnalları sakinlər arasında böyük narahatlıq yaradıb.
Hazırda Moskvada vəziyyətin çox gərgin olduğu bildirilir.
Xatırladaq ki, iki gündür Ukrayna dronları Moskvanı hədəfə alıb.
Əliyar Xəlil
Globalinfo.az