Salome Zurabisvili

Gürcüstanın keçmiş prezidenti Salome Zurabişvili ölkədəki siyasi qüvvələri daxili çəkişmələri kənara qoyaraq dövlətin gələcəyinə fokuslanmağa çağırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Georgia24” məlumat yayıb.

Zurabişvili bildirib ki, Ukraynaya yardımın müzakirəsi, Avropa Şurası nümayəndə heyətinin səfəri və ABŞİran danışıqları kimi mühüm geosiyasi proseslər fonunda partiyalararası qarşıdurmalar ikinci plana keçirilməlidir.

Keçmiş prezident vurğulayıb ki, hazırkı mərhələdə siyasi fəallar arasında həmrəyliyin gücləndirilməsi və ölkənin qarşısında duran çağırışlara cavab verəcək aydın milli strategiyanın hazırlanması xüsusi əhəmiyyət daşıyır.

“Ölkəmizi qorumalıyıq. Hazırda dünyada ciddi siyasi gərginlik müşahidə olunur. Biz dünən vardıq, bu gün varıq, gələcəkdə də olacağıq. Ölkəmiz ağır proseslərdən keçir. Ölkəmizi işğal etmək istəyənlər, bizi məhv etmək istəyənlər və s”, – deyə o bildirib.

Onun sözlərinə görə, Gürcüstanın gələcəyi ilə bağlı məsələlər gündəmin əsas prioriteti olmalı, siyasi qüvvələr isə milli maraqlar naminə daha sıx əməkdaşlıq etməlidirlər.

Tahir Turan
Globalinfo.az

Paylaş: