ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən G7 Zirvə Toplantısı çərçivəsində bildirib ki, Hörmüz boğazı cümə gününədək yenidən açılacaq.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə, sülh sazişinin tam mətni yaxın günlərdə rəsmi şəkildə ictimaiyyətə təqdim olunacaq.
Tramp həmçinin qeyd edib ki, razılaşmanın ikinci mərhələsinin də qısa müddətdə həyata keçiriləcəyini gözləyir.ABŞ prezidenti vurğulayıb ki, qarşılıqlı anlaşma memorandumunun əsas nəticəsi İranın heç vaxt nüvə silahına sahib olmamasının təmin edilməsidir.
Sazişin detalları barədə mətbuata bir neçə gün ərzində daha geniş məlumat veriləcəyi də açıqlanıb.
Əliyar Xəlil