Fransada keçirilən G7 sammitindən yayılan görüntülər sosial mediada müzakirə yaradıb.
Globalinfo.az xəbər verir ki, istifadəçilərin diqqətini xüsusilə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa Komissiyasının sədri Ursula von der Leyenin tədbirdə iştirakı çəkib.
Bir çox şərhçi G7-yə üzv olmayan ölkənin rəhbərinin və Leyenin sammitdə nə üçün yer aldığını sorğulayıb.
Sosial şəbəkə istifadəçiləri Ukrayna liderinin yenidən Qərbdən dəstək və maliyyə yardımı istəyəcəyini iddia edərək müxtəlif tənqidi paylaşımlar ediblər.
Həmçinin qeyd olunub ki, Leyenin sammitdə iştirakı qeyri-adi hal deyil.
Avropa İttifaqı (Aİ) uzun illərdir G7 sammitlərində təmsil olunur və qurumun rəhbərləri tədbirə daimi iştirakçı qismində qatılırlar.
Qeyd edək ki, bu ilki sammitdə Aİ-ni Avropa Şurasının Prezidenti Antonio Koşta və Ursula fon der Leyen təmsil edir.
Zelenskinin iştirakı isə Fransa tərəfinin dəvəti ilə baş tutub.
Sammitin əsas gündəm mövzularından biri Ukraynadakı müharibə olduğundan, Ukrayna lideri G7 ölkələrinin rəhbərləri ilə təhlükəsizlik və sülh məsələlərini müzakirə etmək üçün tədbirə çağırılıb.
Trump, Zelensky, and Macron have arrived at the G7 meeting in Évian, France pic.twitter.com/5yE9XJdsRU
— Visegrád 24 (@visegrad24) June 16, 2026
Əliyar Xəlil
Globalinfo.az