esasz

Ukrayna Prezidenti Volodimir Zelenski Amerika nümayəndə heyəti ilə görüşün görüntülərini paylaşıb.

Globalinfo.az xəbər verir ki, görüş G7 sammiti çərçivəsində keçirilib.

Zelenski ilə yanaşı, Kiyevi Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi və Ukrayna nümayəndə heyətinin rəhbəri Rüstəm Umerov təmsil edib.

ABŞ tərəfindən isə Prezident Donald Tramp və dövlət katibi Marko Rubio görüşdə olub.

Zelenski fotoların altına “Mövqeləri əlaqələndirmək həmişə vacibdir” şərhini yazıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: