Belarus Prezidenti Aleksandr Lukaşenko Ukrayna münaqişəsini ABŞ ilə İran arasındakı münaqişədən daha mürəkkəb olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, o bunu “Əl-Ərəbiyyə”yə verdiyi müsahibədə deyib.
Qeyd edib ki, Ukraynadakı münaqişə daha mürəkkəbdir.
Siyasətçi həmçinin Yaxın Şərq və Ukraynadakı münaqişələrin hərbi yolla həllinin olmadığını vurğulayıb. O, bu problemlərin yalnız danışıqlar masasında həll edilə biləcəyini deyib.
Bundan əlavə, Belarus Prezidenti bütün nüvə silahlarının dünya miqyasında tədricən ləğv edilməsini təklif edib.
Tahir Turan
Globalinfo.az