Donald Tramp Pakistan Baş naziri Şahbaz Şərifin İranla mümkün sülh müqaviləsi üzrə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə etdiyini dair fikrini dəstəkləyib.
Globalinfo.az xəbər verir ki, Tramp Şərifin tərəflərin sənəd üzərində razılaşmanın son mərhələsinə yaxınlaşdığı barədə bəyanatı ilə razılaşıb və onu sosial media hesabında paylaşıb.
Bundan əvvəl Şahbaz Şərif sənədin növbəti 24 saat ərzində tamamlanacağının gözlənildiyini açıqlayıb. O, Pakistanın daha sonra elektron imza prosesinə hazırlıqlara başlayacağını və texniki danışıqların gələn həftə keçiriləcəyini bildirib.
Şərif həmçinin danışıqlar prosesində iştirak etdiklərinə görə ABŞ və İrana minnətdarlığını dilə gətirib və regional ölkələrin dəstəyini xüsusilə qeyd edib.
Şərif vurğulayıb ki, bu tarixi müqavilə davamlı sülh üçün möhkəm təməl yaradacaq.
Əliyar Xəlil