1758528405 tramperdoganpng 1743596877

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının bərpasını müzakirə edəcəklər.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Şimali Atlantika Alyansının (NATO) sammiti iyulun 7-8-də Ankarada keçiriləcək.

Tədbirdə NATO-ya üzv 32 dövlətin nümayəndələri, o cümlədən ölkə liderləri, xarici işlər və müdafiə nazirləri iştirak edəcəklər.

Sammitdə həmçinin NATO-nun Asiya-Sakit okean regionundakı əsas tərəfdaşları olan Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiyanın nümayəndələrinin də iştirakı gözlənilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: