İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç 2026-cı il dünya çempionatında hansı komandaya azarkeşlik edəcəyini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, futbolçu İngiltərə və Xorvatiyanın diqqətini çəkdiyini bildirib:
“Mənim xorvat köklərim var, ona görə də bu turnirdə onlara azarkeşlik edəcəyəm. Həmçinin, böyük istedadları olan Qana da var. Görək nə göstərəcəklər”, – İbrahimoviç qeyd edib.
Əliyar Xəlil
Globalinfo.az