FotoJet 2023 03 16T185114.654

“İnterpol” tərəfindən axtarışa verilən azərbaycanlı Norveçin paytaxtı Osloda saxlanılıb.

Globalinfo.az xəbər verir ki, Norveç polisi sərhəddə Azər Kazım adlı azərbaycanlının sənədlərinə baxış keçirib.

“Report” yazır ki, o, İsveçdən Norveçə getməyə cəhd göstərib. Sənəd yoxlaması zamanı məlum olub ki, A.Kazımın adı Azərbaycanın hüquq-mühafizə orqanlarının təqdimatı əsasında İnterpolda axtarılanlar siyahısındadır.

Oslo polisinə təhvil verilən azərbaycanlının məhkəməyə çıxarılacağı gözlənilir.

Globalinfo.az-ın qeydi:

Məlumatlı mənbənin saytımıza verdiyi məlumata görə, Azər Kazım təxminən 10 il öncə Azərbaycanda maliyyə fırıldağına görə axtarışa verilib. Bildirilir ki, o, banklardan yüksək məbləğdə kredit götürərək, ölkədən qaçıb. Bundan sonra onun barəsində axtarış elan edilib. A.Kazım İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.

Bildirilir ki, o, Norveçdə qeyri-leqal işləyirmiş. Belə ki, əməkhaqqı Norveçdə yüksək olduğundan A.Kazım İsveçdən ora gedib, çalışıb. Yoxlama zamanı polislər tərəfindən saxlanılıb.

Azər Kazımın İsveç vətəndaşı olduğu deyilir.

Paylaş: