ABŞ İranda bir neçə hədəfə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, barədə Birləşmiş Ştatların Mərkəzi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, zərbələr İranın əsassız və davamlı təcavüzkar hərəkətlərinə cavab olub:
“Mərkəzi Komandanlıq qüvvələri Ali Baş Komandanın əmrlərinə əsasən, iyunun 10-da İrandakı bir neçə hədəfə əlavə zərbələr endirib”.
Komanda əlavə edib ki, hücumlar İranın rabitə, hava hücumundan müdafiə və kəşfiyyat sistemlərini hədəf alıb.