iran abs muharibe 900x600 2

ABŞ hərbi qüvvələri İrana hava zərbələri endirib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Prezident Donald Tramp bu addımı İranın ABŞ helikopterini vurmasına cavab adlandırıb:

“Eyni gün Küveyt Silahlı Qüvvələri hava hücumundan müdafiə sistemlərinin düşmən hava hədəflərinə atəş açdığını açıqlayıb. Hədəflərin mənşəyi barədə əlavə detallar verilməyib”.

Nəşrin məlumatına görə, İran ABŞ-ın hava zərbələrinə cavab olaraq bölgədə hücumlar həyata keçirdiyini açıqlayıb:

“Tehran həmçinin Bəhreyn və İordaniyanın da hədəf alındığını iddia edib. Rəsmilər ABŞ-ın helikopter insidentindən sonra endirdiyi zərbələrə cavab verəcəklərini bəyan ediblər”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: