
ABŞ hərbi qüvvələri İrana hava zərbələri endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.
Prezident Donald Tramp bu addımı İranın ABŞ helikopterini vurmasına cavab adlandırıb:
“Eyni gün Küveyt Silahlı Qüvvələri hava hücumundan müdafiə sistemlərinin düşmən hava hədəflərinə atəş açdığını açıqlayıb. Hədəflərin mənşəyi barədə əlavə detallar verilməyib”.
Nəşrin məlumatına görə, İran ABŞ-ın hava zərbələrinə cavab olaraq bölgədə hücumlar həyata keçirdiyini açıqlayıb:
“Tehran həmçinin Bəhreyn və İordaniyanın da hədəf alındığını iddia edib. Rəsmilər ABŞ-ın helikopter insidentindən sonra endirdiyi zərbələrə cavab verəcəklərini bəyan ediblər”.
Safura Bənnayeva
Globalinfo.az