Fitso buna görə üzr istədi

Slovakiyanın Baş naziri Robert Fitso öz vəzifəsinə qayıdıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial hesabından məlumat verib.

“Əziz mütərəqqi liberal media və müxalifət, sağ qaldığım üçün üzr istəyirəm, amma mən qayıtdım”, – Fitso qeyd edib.

Xatırladaq ki, 59 yaşlı Robert Fitso mayın 15-də silahlı hücuma məruz qalıb.

71 yaşlı şair Yurai Tsintula ona yaxın məsafədən atəş açıb.