icki

Bu ilin ilk rübündə (yanvar-fevral-mart) Azərbaycanda əhali alkoqollu içkilərə ayda adambaşına orta hesabla 2,35 manat vəsait xərcləyib.

Globalinfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 5% artıb.

Qeyd edək ki, alkoqollu içkilərə ən çox Qazax-Tovuz iqtisadi rayonunda pul xərclənib. Bu iqtisadi rayonda sakinlər ayda adambaşına orta hesabla 3,9 manat içkiyə pul xərcləyiblər. İçkiyə ən az pul xərcləyənlər isə Lənkəran-Astara iqtisadi rayonunda yaşayanlar olub – ayda adambaşına orta hesabla 1,4 manat.

Alkoqollu içkilərə ayda adambaşına xərclənən vəsait iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub:

Bakı – 2,5 manat;

Abşeron–Xızı – 2,5 manat;

Dağlıq Şirvan – 1,6 manat;

Gəncə–Daşkəsən – 2,5 manat;

Qarabağ – 2,4 manat;

Qazax–Tovuz – 3,9 manat;

Quba–Xaçmaz – 2 manat;

Lənkəran–Astara – 1,4 manat;

Mərkəzi Aran – 2,5 manat;

Mil–Muğan – 2,2 manat;

Naxçıvan – 2,4 manat;

Şəki–Zaqatala – 2,6 manat;

Şərqi Zəngəzur – 2,2 manat;

Şirvan–Salyan – 1,5 manat.

Paylaş: