
Tanınmış meyxanaçı Balaəli Rzayev Globalinfo.az-a açıqlamasında oğurluq mahnı iddialarını təkzib edib:
“Qələt eləsin, mənim adımı çəkməsin! O kimdirsə, tanımıram, amma onu deyə bilərəm ki, mədəniyyət və incəsənət onluq deyil, getsin, işi ilə məşğul olsun! Bir də mənim adımı çəkməsin!” – Balaəli qeyd edib.
***15:36
Meyxanaçı Xosrov Maştağalının toyunda həmkarı Balaəli Rzayevin ifa etdiyi “Xəyanət” mahnısı sosial şəbəkələrdə trend olub. Xüsusilə “TikTok”da sürətlə yayılan mahnı istifadəçilərin böyük marağına səbəb olub, onun fonunda yüzlərlə video hazırlanıb. Lakin özünü müğənni Xəyyam kimi təqdim edən bir istifadəçi əsərin müəllifinin məhz özü olduğunu iddia edib.
Globalinfo.az xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında açıqlama yayıb.
Müğənninin sözlərinə görə, “Xəyanət” mahnısının müəllifi məhz odur və Balaəlinin bu əsəri öz adına çıxması doğru deyil:
“İllərlə bu mahnının üzərində işləmişəm, əziyyət çəkmişəm. Bir də görürəm ki, siz oxuyursunuz və trendə çevrilir. Belə iş olar? Şəbnəm Tovuzlu və digər müğənnilər də bu mahnını icazəsiz ifa edirlər. Bunun axırı necə olacaq? Mən bunun peçatını vurmuşam. Mahnı mənimdir. Yenə də halal xoşunuz olsun”.
Məsələ ilə bağlı Balaəli Rzayevin mövqeyini öyrənməyə çalışırıq.
@efkan.mirzeyevabalı meyxnci#duetreşad♬ orijinal səs – müğənni xeyyam axslu
Safura Bənnayeva
Globalinfo.az