İran silahlı qüvvələri dünən gecə İsrail ərazisinə 11 ballistik raket zərbəsi endirib.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin ABŞ-dakı səfiri Yehiel Leiter deyib.
“Özünə hörmət edən heç bir dövlət belə hücumu cavabsız qoymaz”, – deyə o qeyd edib.
İsrail ordusu isə səhər saatlarında İrandan yeni raket dalğasının qeydə alındığını açıqlayıb.
Bundan əvvəl İsrail Hərbi Hava Qüvvələrinin İranın qərb və mərkəzi bölgələrində hərbi obyektlərə zərbələr endirdiyi bildirilmişdi.
Qeyd edək ki, son günlər regionda gərginlik daha da artıb. İranın İsrailin şimalına raket hücumu həyata keçirməsindən sonra İsrail ordusu bütün raketlərin zərərsizləşdirildiyini açıqlayıb.
Bundan əvvəl isə İsrailin Beyrut ətrafında “Hizbullah” mövqelərinə zərbə endirməsi və tərəflər arasında qarşılıqlı hücumların davam etməsi Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirib.
Əliyar Xəlil
Globalinfo.az