is

İsrail hərbçiləri Livanın Tire (Sour) şəhərinin sakinlərini hava zərbələri barədə xəbərdar edərək, dərhal şəhəri tərk etməyə çağırıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail Ordusunun (ÇAXAL) nümayəndəsi Avixay Adraee “X”də ərəb dilində məlumat yayıb.

“Hələ evlərini tərk etməyən bütün insanlar dərhal çıxmalıdır, çünki təhlükəli ərazilərdə qalmaq sizin və ailələrinizin həyatını riskə atır”, – deyə o bildirib.

Məlumata görə, Tire şəhərinin özü və ətrafında yerləşən Zukak əl-Mufdi və əl-Bass qəsəbələri də hədəf alınacaq.

Bu ərazilərdə 130 mindən çox insan yaşayır.

İsrail tərəfinin iddiasına görə, zərbələrin hədəfi şiə təşkilatı “Hizbullah”a məxsus hərbi infrastruktur obyektləridir.

Qeyd olunur ki,  “Hizbullah” atəşkəs rejimini pozmağa davam edir.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: