zelenski9 900x600 1

Rusiya Çernobıl Atom Elektrik Stansiyasının ətrafındakı xüsusi zonaya növbəti dəfə hücum edib”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Rusiyaya məxsus “Şahed” tipli pilotsuz uçuş aparatı Çernobıldakı İstifadə Olunmuş Nüvə Yanacağının Mərkəzləşdirilmiş Saxlanma Kompleksinin binalarından birinə zərbə endirib.

Hücuma məruz qalan obyekt kritik əhəmiyyətli infrastruktur hesab olunur. Onlar məqsədli şəkildə məhz nüvə infrastrukturu obyektini hədəfə alıb”, – deyə o bildirib.

Zelenski qeyd edib ki, hazırda radiasiya fonunda normadan artıq artım qeydə alınmayıb.

Hücum nəticəsində baş vermiş yanğın isə ukraynalı xilasedicilər tərəfindən söndürülüb.

Paylaş: