litva

Litvanın xarici işlər naziri Kestutis Budris yaxın vaxtlarda vəzifəsindən uzaqlaşdırıla bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Lrytas” xəbər portalı Seym deputatlarına istinadən məlumat yayıb.

Bildirilir ki, son vaxtlar nazir Kalininqrad və Belarusla bağlı sərt açıqlamalarına görə ciddi tənqid olunur.

Yerli siyasətçilər onun bəyanatlarının həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə narazılıq yaratdığını qeyd edirlər:

“Düşünürəm ki, Budris nazir postunda son günlərini yaşayır. Eşitdiklərimə əsasən, qərar həftəsonu verilə bilər”, – deyə “Vətən İttifaqı” partiyasının lideri Laurinas Kaşçyunas deyib.

Qeyd edək ki, Budris bundan əvvəl NATO-nun Kalininqrad vilayətinə daxil olmaq imkanına malik olduğunu bəyan etmişdi. Onun sözlərinə görə, lazım gələrsə, NATO Rusiyanın Kalininqraddakı hava hücumundan müdafiə sistemlərini və raket bazalarını məhv etmək gücünə sahibdir.

Nazirin bu açıqlamaları həm Litva rəhbərliyi, həm də Rusiya tərəfindən kəskin reaksiyaya səbəb olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: