Livanın “Hizbullah” təşkilatının baş katibi Naim Qasim Livan və İsrail arasında əldə olunan atəşkəs sazişini qəbul etmədiklərini açıqlayıb.
Globalinfo.az xəbər verir ki, o, razılaşmanın Livan xalqının geniş təbəqələri tərəfindən rədd edildiyini bildirib.
Qasimin sözlərinə görə, alçaldıcı və biabırçı danışıqların nəticəsi olan bu saziş Livan cəmiyyətində dəstək qazanmır.
Vaşinqton bəyannaməsində Amerika və İsrailin istədiyi əsas prinsiplər əks olunub. Bu, Livanı “Böyük İsrail” layihəsinin xeyrinə tabe etdirmək məqsədi daşıyır”, – deyə o bildirib.
“Hizbullah” lideri vurğulayıb ki, İsrail qoşunları Livan ərazisindən tam çıxarılana qədər müqavimət davam edəcək.
O əlavə edib ki, atəşkəs rejimi ölkənin bütün ərazisində tətbiq olunmalı və İsrail tərəfindən həyata keçirilən istənilən hərbi əməliyyatları istisna etməlidir.
Əliyar Xəlil
Globalinfo.az