Türkiyənin F-35 qırıcılarını əldə etməsinin qarşısında duran əsas maneə Rusiyadan alınan S-400 zenit-raket kompleksləridir.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
Qeyd edib ki, hazırkı şəraitdə Vaşinqtonun bu məsələ ilə bağlı fərqli qərar vermək imkanı yoxdur. Onun sözlərinə görə, məsələ həm ABŞ-ın Milli Müdafiə Səlahiyyət Aktının (NDAA), həm də qüvvədə olan sanksiya qanunvericiliyinin tələbləri ilə tənzimlənir.
“ABŞ Ankaradakı səfiri Tom Barrak vasitəsilə müəyyən diplomatik görüşmələr aparılsa və mesajlar verilsə belə, qanunla müəyyən edilmiş şərtlər tam yerinə yetirilməyincə və Türkiyə Rusiya sistemlərindən tamamilə imtina etməyincə, F-35 proqramının qapıları Ankara üçün bağlı qalacaq”, – Rubio bildirib.