erdogan yeni

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 10-cu dəfə baba olub. 

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, prezidentin qızı Sümeyye Erdoğan Bayraktar və onun həyat yoldaşı Selçuk Bayraktarın üçüncü övladı doğulub.

Yeni doğulan körpə ilə bağlı xəbəri alan Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan xəstəxanaya gedərək qızı və nəvəsinin səhhəti ilə maraqlanıb, ailəni təbrik edib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: