pasinyan putin 1

Rusiya Prezidenti Vladimir Putinin Ermənistanın Baş naziri Nikol Paşinyana ad günü münasibətilə etdiyi zəng sadəcə nəzakət jesti deyil, həm də siyasi mesaj xarakteri daşıyır.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın sabiq xarici işlər naziri Ara Ayvazyan deyib.

Onun sözlərinə görə, Moskva Ermənistanla dialoqu davam etdirmək niyyətindədir, lakin tərəflər arasında etimadın ciddi şəkildə zəiflədiyini də gizlətmir. Ayvazyan hesab edir ki, son illərdə İrəvanın addımları RusiyaErmənistan münasibətlərində böhran yaradıb.

Sabiq nazir vurğulayıb ki, Ermənistan artıq Avrasiya İqtisadi İttifaqı ilə Avropa Birliyi arasında seçim məsələsini təxirə sala bilməz. Onun fikrincə, iqtisadiyyat və geosiyasəti bir-birindən ayırmaq mümkün deyil və ölkə strateji qərar verməlidir.

Ayvazyan əlavə edib ki, Putinlə Paşinyan arasındakı son telefon danışığı Moskvanın əlaqə kanallarını hələ də açıq saxladığını göstərən mühüm siqnaldır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: