araqci 900x563 2

Danışıqların nəticələri rəsmən açıqlanana qədər ABŞ-la müzakirələr barədə məlumatlara etibar edilməməlidir.

Globalinfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

“İndi deyilənlərin hamısı yalnız fərziyyədir”, – deyə Əraqçi bildirib.

Xatırladaq ki, İsrail və ABŞ, İran və Livan Hizbullah hərəkatı arasındakı münaqişə 28 fevraldan bəri şiddətlənməkdədir. Qısa müddət sonra İran Hörmüz boğazını faktiki olaraq bağladı və bu da enerji qiymətlərinin kəskin şəkildə artmasına səbəb olub.

İranın dövlət televiziyası tərəfindən yayımlanan açıqlamada ölkənin Ali Lideri İranın blokadadan təsir vasitəsi kimi istifadə etməli olduğunu söyləyib.

Tahir Turan
Globalinfo.az

Paylaş: