Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan hakimiyyətini MDB sənədlərindən “Böyük Vətən Müharibəsi” ifadəsini sistemli şəkildə çıxarmaqda ittiham edib.
Globalinfo.az-ın xəbərinə görə, o, brifinq zamanı bildirib ki, son dövrlərdə İrəvan birgə sənədlərin layihələrində bu ifadənin işlədilməsindən məqsədli şəkildə imtina edir.
“Ermənistan xalqı rəhbərliyinin bu siyasətindən xəbərdardırmı? Hakimiyyət ümumi və müasir sənədlərdən “Böyük Vətən Müharibəsi” ifadəsini silir, onu müxtəlif yollarla aradan qaldırmağa çalışır”, – deyə Zaxarova vurğulayıb.
Rusiya XİN rəsmisi əlavə edib ki, Ermənistan hakimiyyəti müharibə qəhrəmanlarının abidələrinin sökülməsi planlarına qarşı da passiv mövqe nümayiş etdirir.
Əliyar Xəlil
Globalinfo.az