6a1077adc54706a1077adc547117794641096a1077adc546e6a1077adc546f 24

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya səfəri gözlənilir.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev 28 May – Müstəqillik Gününə həsr olunan tədbirdə çıxışı zamanı bildirib.

Səfir qeyd edib ki, hazırda xarici işlər naziri Ceyhun Bayramovun Moskvaya, Rusiyanın müdafiə naziri Andrey Belousovun isə Bakıya səfərinə hazırlıq işləri aparılır.

Rəhman Mustafayev əlavə edib ki, yaxın vaxtlarda Azərbaycanda iki ölkənin parlamentlərarası əməkdaşlıq şurasının iclasının keçirilməsi də planlaşdırılır.

Paylaş: