İranda baş verən avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov dəfn edilib.
Globalinfo.az bildirir ki, R.İmranovun nəşi Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.
***14:21
Göyçay rayonunun Alxasava kəndində İranda avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovla vida mərasimi keçirilib.
Gobalinfo.az “Report”a istinadən xəbər verir ki, vida mərasimində xarici işlər nazirinin müavini Samir Şərifov, rayon rəsmiləri, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, R.İmranov mayın 23-də Culfa-Təbriz avtomagistralının Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.
***13:05
Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovun cənazəsi Azərbaycana gətirilib.
Globalinfo.az “APA”ya istinadən xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə deyib.
O qeyd edib ki, diplomat bu gün Göyçayda dəfn olunacaq.





